Ermənistanın baş naziri Nikol Paşinyan əsirlərin mübadiləsi haqqında danışıb.
Unikal.org-un məlumatına görə, N.Paşinyan bu gün video-müraciətində əsirlərin mübadiləsinin yaxın zamanlarda baş tutacağını bildirib:
"Əsirlərin mübadiləsinin başlanmasına, məhkumlarımızın qaytarılmasına yaxınlaşırıq. Çox keçmədən rəsmi təsdiqlənmiş əsirlər qrupunun qaytarılmasını gözləyirik. Bu mərhələdə şəxsiyyətləri Beynəlxalq Qırmızı Xaç Komitəsi və Azərbaycan tərəfindən təsdiqlənmiş əsirləri geri qaytaracağıq”.