Ermənistanın "Telegram" kanalları ictimai rəyi çaşdırmaq üçün uydurma məlumatlar yaymaqda davam edir.
Unikal.org xəbər verir ki, ermənilərin budəfəki təxribat xarakterli məlumatlarında iddia edilir ki, guya Azərbaycanda Ermənistan və ümumilikdə erməni xalqını alçaltmaq məqsədilə “Basarkeçər” markalı şərab istehsalına başlayıb. Belə ki, ermənilər Vardenis rayonunun Basarkeçər adlandırılmasını, şərab şüşəsinin etiketində “Sevan” gölünün adının “Göyçə gölü” olaraq adlandırılmasını təhqir hesab edərək, Ermənistan hakimiyyətini Azərbaycanın addımlarına cavab verməməkdə günahlandırırlar.
Xatırladaq ki, sözügedən şərab markası Azərbaycanda 10 ilə yaxındır istehsal olunur. “Basarkeçər” qırmızı süfrə şərabı Moskvada keçirilən “PRODEXPO-2014” 21-ci beynəlxalq sərgidə “2014-cü ilin ən yaxşı məhsulu” diplomuna və qızıl medala layiq görülüb.
Elvin Rüstəmov