Dağlıq Qarabağda bütün təmas xəttində atəşkəs müşahidə olunur.

Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov brifinqdə bildirib.

“Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələri vəziyyəti gecə-gündüz izləyir və atəşkəs rejiminə riayət olunmasına nəzarət edir. Atəşkəs rejimi bütün təmas xəttində müşahidə olunur”, - deyə Konaşenkov bildirib.