ABŞ-ın yeni prezidenti Cozef Bayden komandasını formalaşdırmağa davam edir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Co Bayden hökumətdəki nazir postlarından birini Respublikaçılara vermək niyyətindədir. Belə ki, Ticarət Nazirliyinin rəhbərliyinə Respublikaçılar Partiyasının təmsilçisinin təyin olunacağı gözlənilir. Seçilməsi təsdiqlənərkən bütün Amerika xalqının prezidenti olacağını bəyan edən Bayden ona səs verən və səs verməyən vətəndaşlara bərabər münasibət göstərəcəyini bildirib.
Təhlilçilər hesab edir ki, Respublikaçılara hökumətdə yer verməklə, vədinə sadiq qaldığını göstərməyə çalışan Baydenin ona qarşı olanlarla da empatiya quracağı və onların problemlərini Trampdan daha yaxşı başa düşəcəyi haqqında mesaj verir. Hazırda konkret olaraq kimin vəzifəyə təyin olunacağı bilinmir.