Hindistan Pakistan ordusunun 2 əsgərini öldürüb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, münaqişəli Kəşmir regionunda gərginlik yenidən alovlanıb. Baqsar yaşayış məntəqəsi ətrafında atəşkəs pozulub. Pakistan tərəfi rəsmi açıqlama yayaraq atəşkəsi Hindistanın pozduğunu bəyan edib. Cavab atəşi verən Pakistanın 2 əsgərinin həyatını itirdiyi bildirilib.
Qeyd edək ki, 9 dekabrda da atəşkəs pozuntusu nəticəsində hər iki tərəfdən 2 hərbi qulluqçu həlak olmuşdu.