Bəzi oliqarxların varlanmaq üçün ilginc üsulu
11:29 10-01-2013
İQTİSADİYYAT
Bəzi oliqarxların varlanmaq üçün ilginc üsulu
ƏDV-dən azad etmələrin arxasında nə dayanır?
Yanvarın 1-dən hüquqi şəxslər pay iştirakı və səhmlərin satışı zamanı ƏDV-dən azad edilib. Müvafiq dəyişiklik Vergi Məcəlləsinə edilib.
Bu cür əqdlərin bağlanmasında iştirak edən broker şirkətlərin birindən əldə edilən məlumata görə, praktikada şirkətlər bu cür əməliyyatlarda ƏDV ödəmirdi. Qanunvericiliyə dəyişiklik, yəqin, bu əqdlər üzrə vergi tənzimləməsi məqsədi daşıyır.
Milli Depozit Mərkəzinin məlumatına görə, 300-dən çox şirkət müxtəlif SC-lərdə səhm paketi sahibidir. Məsələn, 2012-ci ildə "Tekfen Finance & Investment" şirkəti 15% səhmini "Cənubtikintiservis" ASC-yə satıb.
Vergi qanunvericiliyinə əsasən, hüquqi və fiziki şəxslər pay iştirakının alqı-satqısı üzrə əqdlərdə və səhmlərin baza qiymətindən artıq məbləğə satışı zamanı mənfəət vergisi ödəməlidirlər. Hüquqi şəxslərdən fərqli olaraq fiziki şəxslər bu cür əqdlər üzrə bəyannamə təqdim etmir. Vergilər Nazirliyi hələlik bu fakta xüsusi diqqət yetirmir.
Qeyd edək ki, şirkətlərin pay iştirakı və səhmlərin satışı zamanı ƏDV-dən azad edilməsi Azərbaycan reallığında kök salmış təcrübənin davamıdır. Zaman-zaman bu cür ƏDV-dən azad etmələrlə bağlı qərarların çox şahidi oluruq.
Məsələn, ötən il Nazirlər Kabinetinin (NK) sentyabrın 24-də verdiyi bir qərar var. Həmin qərar 1 il qüvvədə olacaq. Belə bir qərar 5 nazirliyin və bir dövlət komitəsinin razılaşdırılmış təkliflərindən sonra qəbul edilib.
Hökumət ƏDV-nin ləğvini çörəyin qiymətinin bahalaşmaması və yarana biləcək qıtlığın qarşısının alınması ilə əsaslandırır. Amma hələ o vaxt müstəqil ekspertlər hökumətin mövqeyini bölüşmürdülər. Onların fikrincə, bu, buğda idxalında payı olan ayrı-ayrı iri məmurların təsiri altında verilmiş qərardır və həmin iri məmurların biznes maraqlarını qorumağa, onların daha çox "qaz vurub qazan doldurmasına" hesablanmış addımdır.
İndi şirkətlərin pay iştirakı və səhmlərin satışı zamanı ƏDV-dən azad edilməsini də məhz bu kontekstdə dəyərləndirmək lazımdır. Məsələ burasındadır ki, SC-lərdə səhm paketləri olan şirkətlərin az qala hamısının arxasında hansısa iri məmurlar, oliqarxlar dayanır. İndi həmin iri məmurların şirkətlərini ƏDV-dən azad etmək dövlət büdcəsinin gəlirlərində azalma yaradacaq bəlkə də, amma əvəzində bəzi oliqarxların və onların himayəsindəki şirkətlərin bir az da çox varlanmasına şərait yaradacaq.
Burada isə əlbəttə ki, təəccüblü heç nə yoxdur. Azərbaycanın bəzi iri məmurları üçün şəxsi biznes maraqları, öz gəlirlərinin davamlılığı və yüksəkliliyi həmişə dövlət xəzinəsinin maraqlarından yuxarıda dayandığından onların ƏDV-lərdən azad etmələri ənənəyə çevirməsini də təbii qarşılamaq lazımdır.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00