"Honda" şirkəti 1.4 milyon avtomobilini geri çağırıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu avtomobillərin hamısı ABŞ-dadır. İstehsal olunan avtomobillərin geri çağırılmasının səbəbi proqram təminatında və kardan hissəsində texniki qüsurların ortaya çıxması olub.
Nəticədə 2018-2020-ci illər arasında buraxılmış "Civic Hybrids" modelindən olan avtomobillərdə nasazlıq yaranıb. Şirkət buna görə müştərilərindən üzr istəyib.