PKK terror təşkilatının Suriya qolu İraqdakı kürd muxtariyyətinin peşmərgə qüvvələrinə hücum edib.

Unikal.org "Anadolu" agentliyinə istinadən xəbər verir ki, PKK terror qruplaşmasının Suriyada fəaliyyət göstərən qolu YPG qruplaşması İraqın şimalındakı regional kürd muxtariyyətinin qüvvələrinə ağır silahlarla şiddətli hücum əməliyyatı həyata keçirib.

Kürd muxtariyyətinin peşmərgə qüvvələrinin YPG-yə cavab zərbələri endirdiyi bildirilir. Hazırda şiddətli toqquşmalar davam edir. Ölənlərlə bağlı məlumat açıqlanmayıb.