Avropa İttifaqı (Aİ) Belarusa yeni saksiyalar tətbiq etməyi nəzərdə tutur.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu, sayca üçüncü sanksiya paketi olacaq. Yeni sanksiya paketində bu vaxta kimi sanksiya tətbiq edilməmiş sferaların da yer aldığı bildirilir. Tam əhatə dairəsi açıqlanmayan sankisyaların yaxın vaxtlarda səsverməyə çıxarılacağı gözlənilir.
Rəsmi Minsk hələ ki, yeni sanksiya paketinə münasibət bildirməyib.