"Əfqanıstan sülh prosesi" görüşmələrinə "Taliban" qruplaşması da qatılacaq.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Pakistanın paytaxtı İslamabad şəhərində baş tutacaq çoxtərəfli görüşlərdə iştirak üçün "Taliban" nümayəndə heyəti də artıq İslamabaddadır. Danışıqlarda Əfqanıstanın mərkəzi hökuməti də iştirak edəcək.
Qeyd edək ki, Pakistandan öncə "Əfqanıstan sülh prosesi"nə Qətər ev sahibliyi etmişdi. Beynəlxalq birlik tərəfindən dəstəklənən prosesin Əfqanıstanda süh və sabitliyə nail olmağı hədəflədiyi açıqlanıb.