Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İraqdakı terror qruplaşmaları haqqında danışıb.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN başçısı İraqdan Ankaraya səfərə gəlmiş həmkarı ilə görüşündə söyləyib.
"İraq bütün terror ünsürlərindən təmizlənməlidir. İraqın terror qruplaşmaları və təşkilatlarından tamamilə arındırılmasını arzulayırıq", - deyə Çavuşoğlu bəyan edib.