İran prezidenti Həsən Ruhani Donald Trampın məğlubiyyətindən danışıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Ruhani paytaxt Tehranda hökumətin iclasında bu mövzuya toxunub. O, Trampı "terrorçu və hüquqtanımaz" adlandırıb. Co Bayden dönəmində ABŞ-ın nüvə razılaşmasına yenidən qoşulacağına ümid etdiyini bildirən İran prezidenti indiki vəziyyətin 2015-də anlaşmanın imzalandığı dönəmdən fərqli olduğunu da vurğulayıb.
"Bəziləri bizim Baydenin gəlişinə sevindiyimizi deyir. Xeyr, biz Baydenin gəlişinə sevinmirik. Amma Trampın gedişindən çox xoşbəxtik. Allaha şükürər olsun ki, o, hakimiyyətinin son günlərini yaşayır", - deyə Həsən Ruhani əlavə edib.