Moldovada fermerlər parlamentin önündə etiraz aksiyası keçirib.

Unikal.org Moldova KİV-ə istinadən xəbər verir ki, paytaxt Kişinyovda baş tutan aksiya zamanı etirazçılar əraziyə yeridilmiş polis qüvvələrinin üzərinə traktor sürüblər. Etirazların səbəbinin kənd təsərrüfatı sahəsində vergilərin artırılması olduğu bildirilir.

Polis aksiyanın kütləvi qanun pozuntuları ilə müşayiət olunduğunu bildirir. Hazırda aksiya davam etməkdədir.