"Financial Times" nəşri koronavirus əleyhinə vaksinlərin hazırlanmasına görə türk cütlüyü "ilin adamı" elan edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, "BioNTech" şirkətinin yaradıcıları olan Uğur Şahin və Özlem Türeçi cütlüyü Almaniyada yaşayır. Onların şirkəti koronavirusa qarşı vaksin hazırlanmasında olduqca önəmli rol oynayıb.
Qeyd edək ki, "BioNTech" "Pfizer" şirkəti ilə birgə Avropada və bütövlükdə Qərbdə COVID-19 əleyhinə ilk təsdiq olunmuş vaksin hazırlayan şirkətdir.