"Human Rights Watch" beynəlxalq hüquq müdafiə təşkilatı Səudiyyə Ərəbistanının deportasiya edəcəyi yüzlərlə qaçqını insanlıqdan kənar vəziyyətdə saxladığını açıqlayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, əksəriyyəti Efiopiyadan olan qaçqınlar deportasiya edilmək üçün saxlandıqları mərkəzlərdə ağır vəziyyətdə qalıblar. Ac və susuz, yatmaq üçün şəraiti olmayan balaca zallarda yüzlərlə insan üst-üstə qalaqlanıb. Mühafizəçilər onları döyür və təhqir edir. Alçaldılmalara etiraz edən 3 qaçqının amansızlıqla döyülərək öldürüldüyü bildirilir.
Səudiyyə Krallığının qaçqınlarla bu cür rəftarı pislənib.