Fransa parlamentinin solçu millət vəkili Fransa hakimiyyətini BƏƏ-nin Yəməndəki cinayətlərini ört-basdır etməkdə ittiham edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, parlamentari Klementin Otayn Fransa Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinə nə vaxta kimi yalan danışacaqları barədə ritorik sual ünvanlayıb.
Deputatın sözlərinə görə, Yəməndə Fransanın "Total" şirkətinə məxsus fabriklərdən birində insanların BƏƏ tərəfindən girov saxlandığı və işgəncə gördüyü BMT və digər beynəlxalq təşkilatlar tərəfindən təsdiq edilsə də, Fransa hakimiyyəti bunu gizlədir. Hakimiyyəti BƏƏ-nin hərbi cinayətlərinə ortaq olmaqda suçlayan millət vəkili həmkarlarını bu məsələni araşdırmağa və gündəmdə saxlamağa çağırıb.