"Apple"ın illərdir, üzərində işlədiyi texnologiya ABŞ Patent və Ticarət Nişanı Bürosu tərəfindən təsdiqlənib. Bu patent cihazların istifadəçini şifrə və ya biometrik datalar olmadan tanımasına şərait yaradır.
Unikal.org xəbər verir ki, şirkət sözügedən patent üçün hələ 2009-cu ildə müraciət edib.
İlkin məlumata görə, Apple bu texnologiyanı Google-un Pixel 4 cihazlarında işlətdiyi və Soli adını verdiyi radar sistemi vasitəsilə inkişaf etdirib.
Texnologiyanın hansı sistem əsasında işləyəcəyi barədə hələlik məlumat yoxdur. Yaxın günlərdə Apple-ın rəsmi saytı vasitəsilə bu barədə məlumat açıqlanacağı gözlənilir.