Ermənistanda Elmlər Akademiyası da baş nazir Nikol Paşinyana qarşı çıxıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, birləşmiş müxalifətin baş nazirliyə vahid namizədi Vazgen Manukyan akademiyaya dəvət olunub. Ermənistan Milli Elmlər Akademiyasının mətbuat xidməti faktı təsdiqləyib.

Rəsmi dairələrdən icazə alınmadan təşkil olunmuş dəvət zamanı akademiyanın əməkdaşları ilə müxalifət lideri arasında görüş keçirilib. Görüş zamanı alimlərin suallarını cavablayan Vazgen Manukyan Nikol Paşinyanın istefasından danışıb. Həmçinin hakimiyyətə gələcəyi təqdirdə hansı işləri görəcəyi haqqında məlumat verib.

Ermənistan mətbuatı görüşü qeyri-rəsmi təbliğat-təşviqat tədbiri adlandırıb.