ABŞ-ın dövlət katibi Mayk Pompeo koronavirusa yoluxan şəxslə təmasda olduğu üçün karantinə getmək məcburiyyətində qalıb.
Unikal.org xəbər verir ki, bu barədə dövlət departamentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Pompeonun testi mənfi nəticə göstərsə də, tövsiyyələrə uyğun olaraq təcrid olunub. O, dövlət departamentinin tibbi xidmətinin nəzarəti altındadır.