Misir prezidenti Əbdulfəttah Əs-Sisinin tələbərlə görüşü sosial şəbəkələrin Misir seqmentində böyük müzakirələrə səbəb olub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Əs-Sisi hərbi akademiyanın tələbələri ilə görüşərkən nitqini gülləkeçirməz şüşənin arxasından söyləyib. Həmçinin tələbələrin ilk sırası ilə prezidentin dayandığı nöqtə arasında 200 metrdən çox məsafə olub.
Gülüş hədəfinə çevrilən Misir prezidenti sosial şəbəkələrdə qorxaqlıqda ittiham olunub. İstifadəçilər öz hakimiyyətinin gələcək qarantı olacaq hərbçilərdən bu qədər qorxan prezidentin xalqdan daha çox vahimələndiyini yazıblar. "Öz ölkəsinin insanlarından qorxan rəhbər dövləti necə idarə edə bilər?", - deyə insanlar virtual məkanda narazılıqlarını ifadə ediblər.