Ermənistanda daha 1 174 nəfərdə koronavirus aşkarlanıb.

Unikal.org xəbər verir ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 151 392 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 25 nəfər artaraq 2 581-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 642-yə yüksəlib. İndiyədək 129 990 nəfər infeksiyadan sağalıb.

Hazırda ölkədə 18 179 aktiv koronavirus xəstəsi var.