Bir müddət əvvəl "Boko-Haram" terror qruplaşmasının qaçırdığı şagirdlər meşədə tapılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Nigeriyanın Katsina əyalətindən qaçırılmış 402 şagird qonşu Zamfara əyaləti ərazisində yerləşən meşələrdə köməksiz vəziyyətdə tapılıb.

Ailələrinə təhvil verilən tələbələrin bəzilərinin xəsarətləri olduğu üzə çıxıb. Rəsmilər terrorçuların 500-dən çox şagirdi qaçırdığını bildiriblər. Yerdə qalan şagirdlərin öldürüldüyü güman edilir.