Yunanıstan və Türkiyə arasında Egey və Aralıq dənizləri bölgəsində növbəti gərginlik yaşanıb.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Yunanıstan Meis adasının demilitarizasiyası haqqında beynəlxalq hüququn tələblərini pozub. Belə ki, 1947-ci ildə Paris anlaşmasında adaya hərbsizləşmə statusu verilib. Yunanıstanın hüququn tələblərini pozaraq adaya silah topladığı bildirilir.
Türkiyə Yunanıstanın bu addımını pisləyib və Yunanıstanı təxribatlardan çəkinməyə çağırıb.