Türkiyədə zəlzələ hadisəsi baş verib.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Aralıq dənizi sahillərində, Muğla şəhərinin Datça ilçəsi yaxınlığında baş verib. Rixter şkalası ilə 4.2 balla qiymətləndirilən zəlzələnin ocağı dənizin içində, yerin 12 kilometr dərinliyində yerləşib.
Yer silkələnməsi Muğlada hiss olunsa da, dağıntı meydana gəlməyib. Ölən və ya xəsarət alan olmayıb.