ABŞ-ın şərq ştatlarında qar fırtınası təhlükəsi yaranıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, fırtına təhlükəsi Nyu-York, Pensilvaniya, Konnektikut, Merilend və digər ştatları əhatə edir. Ümumilikdə 60 milyondan çox insan Atlantik okeanı sahillərində baş verəcək fırtına səbəbi ilə təhlükə altındadır.
Rəsmi qurumlar insanlara xəbərdarlıq edib. İnsanları fırtına təhlükəsini ciddiyə almağa çağırıblar. Bəzi yerlərdə 60 santimetrədək qar hündürlüyü yarana bilər. Elektrik xətlərində və digər kommunikasiya və infrastruktur sistemlərində texniki qəzalar ortaya çıxa biləcəyi ilə bağlı ehtiyat tədbirləri görülməsi tövsiyə olunub.