"Twitter" platforması koronavirus əleyhinə vaksinlərlə bağlı yanlış məlumatlar yayan hesabların paylaşımlarını siləcək.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlama verilib. Vaksinlərlə bağlı komplo teoriyaları yazan hesablar əngəllənəcək.
Koronavirusla mübarizənin effektivliyi üçün yalnız tibb elminin sübut etdiyi gerçəklərin yayılmasına imkan veriləcək. İnsanların vaksinlərə skeptik yanaşmasına səbəb olan və virusun yayılmasına xidmət edən paylaşımların silinəcəyi bildirilib.