Ermənistanda müxalifət liderlərindən biri Moskvaya səfər edib.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, müxalif İşıqlı Ermənistan Partiyasının sədri və parlament fraksiyasının rəhbəri Edmon Marukyan Rusiyanın paytaxtı Moskvaya gedib. Faktı partiyanın mətbuat xidməti təsdiqləsə də, səfərin məqsədi və detallar barədə məlumat verilməyib. Xəbər verdiyimiz kimi, bu gün Ermənistanın keçmiş prezidenti Robert Koçaryan da Moskvaya səfərə getmişdi.
Qeyd edək ki, Ermənistan mətbuatında hər iki səfərin siyasi xarakterli olduğu barədə qeyri-rəsmi məlumatlar yayılıb. İddialara görə, Moskavada Ermənistanda hakimiyyət dəyişikliyi məsələləri ilə bağlı müzakirələr gedəcək.