Rusiya Federasiyasının prezidenti Vladimir Putin vaksinasiya prosesindən danışıb.

Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, Putin bu barədə bu gün keçirilən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

O qeyd edib ki, vaksinasiya prosesinin kütləviliyinə nail olmaq başlıca hədəflərdən biridir. Rusiya prezidenti koronavirus pandemiyasına qalib gələ bilmək üçün kütləviliyin şərt olduğunu vurğulayıb.

"Virusa qarşı ümummilli immunitet formalaşması üçün kütləvilik vacibdir", - deyə Putin əlavə edib.