“İndi dövriyyəyə buraxılan peyvəndlər müəyyən yaş zonasındakı vətəndaşlar üçün təqdim olunur. Peyvənd hələ mənim kimi insanlara çatmayıb. Mən qanuna əməl edən insanam və mütəxəssislərimizin tövsiyələrini dinləyirəm, bu səbəbdən də hələ peyvənd olunmamışam. Ancaq mümkün olan kimi bunu mütləq edəcəyəm”.
Unikal.org-un verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında deyib.
Rusiya prezidenti koronavirusa qarşı ümumi kütləvi vaksinasiyanın zəruriliyinə əmin olduğunu qeyd edib.
Putin eyni zamanda Rusiyada koronavirus əleyhinə lazımi miqdarda peyvənd istehsalı üçün hələ də avadanlığın olmadığını vurğulayıb.