Rusiya prezidenti Vladimir Putin ölkəsinin ABŞ-dakı seçkilərə müdaxilə etdiyi ilə bağlı iddialara toxunub.
Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Putin bu gün ilin yekunlarına həsr olunmuş mətbuat konfransında danışıb. O, bu iddiaları əsassız adlandırıb.
"Rusiya ABŞ-dakı seçkilərə heç bir müdaxilə etməyib. Bu barədə olan iddialar həqiqətə uyöun deyil. Bütün bunlar iki ölkə arasındakı münasibətləri pozmağa hesablanıb", - deyə Rusiya prezidenti bəyan edib.