Rusiya prezidenti Vladimir Putin zəhərlənmiş müxalifət lideri Aleksey Navalnı mövzusuna toxunub.

Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Putin bu gün ilin yekunlarına həsr olunmuş mətbuat konfransında danışıb. O qeyd edib ki, Navalnının xarici xüsusi xidmət orqanları ilə əlaqəsi ola bilər. Prezident müxalifət liderini onlardan dəstək almaqda və bəlkə də mütəlif tapşırıqlarını yerinə yetirməkdə suçlayıb.

Putin həmçinin Dmitri Peskovun Navalnının vəziyyəti ilə bağlı son məlumatları müntəzəm şəkildə ona çatdırdığını söyləyib.