İranda ötən sutka ərzində 212 nəfər koronavirusdan (COVID-19) ölüb.
Unikal.org xəbər verir ki,, bununla da İranda bu virusdan ölənlərin sayı 53 095 nəfərə çatıb. Bildirilib ki, İranda ötən 24 saat ərzində 7 453 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 138 530 nəfərə yüksəlib. Virus daşıyıcılarından 5 645 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Sadat Lari qeyd edib ki, İranda indiyədək 856 513 nəfər koronavirusdan sağalıb. İranda indiyədək 6,89 milyondan çox diaqnoz testi həyata keçirilib.
Nazirlik rəsmisi İranda 12 rayonun qırmızı, 288 rayonun narıncı və 148 rayonun sarı zona olduğunu deyib.