İspaniyanın baş naziri Pedro Sançez karantin altına alınıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, səbəb Sançezin koronavirusa yoluxduğu məlum olan Fransa prezidenti Emanuel Makronla görüşməsi olub.

Pedro Sançez də yoluxma riski olduğuna görə 14 gün özünütəcrid şəraitində karantində qalacaq.