İnstaqram sosial şəbəkəsinin Lite versiyası yayımlanıb. Bu versiya tətbiqin yeniləndikcə telefonda daha çox yer tutmasının qarşısını alacaq.

Unikal.org  xəbər verir ki, Lite versiya yaddaş tutumu az olan smartfonlar üçün əla alternativdir. O,  2 MB-dan az həcmə malikdir.

İnstaqramın özündə olub az istifadə edilən bəzi funksiyalar bu versiyada mövcud deyil. Bunlara Reels, Alış-veriş və IGTV-ni misal göstərmək olar. 

İstifadəçiləri təəccübləndirən əsas cəhət  isə hekayələr funksiyasının İnstaqram Lite-da yer almamasıdır.