Rusiya prezidenti Vladimir Putin Belarusdakı gərgin vəziyyətə toxunub.
Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Putin bu gün ilin yekunlarına həsr olunmuş mətbuat konfransında danışıb. O qeyd edib ki, Belarus xalqına öz məsələlərini həll etmək üçün imkan vermək lazımdır. Rusiya prezidenti ölkə xaricindən olan müdaxilələrin yaxşı şeylər vəd etmədiyini söyləyib.
"Belarus xalqına mane olmaq lazım deyil. Onlar öz məsələlərini həll edəcəklər", - deyə Putin əlavə edib.