Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini artırıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, sanksiyaların müddəti 31 iyul 2021-ci ilədək uzadılıb. Rusiyanın maliyyə və bank sektorunu əhatə edən sanksiyalar Rusiya maliyyə qurumlarının Avropanın birinci və ikinci səviyyəli bazarlarına çıxışına məhdudiyyətləri nəzərdə tutur. Həmçinin Rusiya banklarına pul köçürmələrini yasaqlayır.
Qeyd edək ki, sanksiyaların səbəbi 2014-cü ildə Rusiyanın Ukrayna ərazisi olan Krım yarımadasını ilhaqı və Donbasdakı fəaliyyətidir.