ABŞ-ın Texas ştatındakı məktəb mağazalarından biri alış-veriş üçün fərqli metoda əl atıb.
Unikal.org xəbər verir ki, bu mağazada pula ehtiyac yoxdur və valyuta kimi yaxşı əməllər istifadə olunur. Belə ki, xeyir əməl etdikcə insana ballar yazılır və həmin ballara uyğun olaraq alış-veriş edilir.
Mağaza sahibi bu yolla imkansız ailələrə dəstək olmaq istədiyini bildirib: "Şəhərdə təxminən üç min şagird təhsil alır, onların təxminən 45% -i maddi cəhətdən ehtiyaclı ailələrin uşaqlarıdır".
Onun sözlərinə görə, şagirdlərin təxminən 4 %-nin daimi yaşayış yeri yoxdur. Mağaza həftənin üç günü, bir neçə saat ərzində açıq olur.