İstanbulun Çerkezköy stansiyasından hərəkətə başlayan qatar Çin hüdudlarına çatıb.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, 2 qitə, 2 dəniz və 5 ölkədən keçən qatar Çin sərhədlərini keçib. Qatar Çinin daxilində də 4-5 gün yol gedərək mənzil başına - Sian stansiyasına çatacaq. Qatar 42 konteynerlik yük daşıyır.
Qeyd edək ki, Türkiyənin İstanbul şəhərindən Mərmərə dənizini keçərək Avropadan Asiyaya - Anadoluya daxil olan qatar Gürcüstana, oradan Azərbaycana yol alıb. Xəzər dənizindən bərə yolu ilə keçən qatar Qazaxıstana və oradan da Çinə daxil olub.