İran koronavirusun üçüncü dalğasının öhdəsindən gəlib.
Unikal.org xəbər verir ki, bu barədə ölkə Prezidenti Həsən Ruhani dövlət televiziyasının efirində deyib.
“Əhali, tibb işçiləri və səfərbər olunan qüvvələrlə birlikdə apardığımız ümumi iş nəticəsində, koronavirusun üçüncü yayılma dalğasının öhdəsindən gəldik”, – deyə o bildirib.
Dekabr ayının əvvəllərindən bəri İranda yeni koronavirus hadisələrinin sayında azalma müşahidə olunur.
Beləliklə, bazar günü, 1 noyabrdan bu yana ilk dəfə yoluxma sayı 8 min nəfərdən az olub.
Pandemiya başlandığı gündən bəri yoluxmuş insanların ümumi sayı 1 131 077 nəfər, ölənlərin sayı isə 52 883 nəfər olub. 844 430 nəfər koronavirusa qalib gəlib.