Türkiyədə FETO təşkilatının 9 üzvü həbs olunub.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ankara, İzmir və Şanlıurfada keçirilən əməliyyatlar zamanı FETO təşkilatı ilə əlaqəli bilinən 9 şəxs saxlanılıb. Daha 2 şübhəlinin axtarışları davam edir.

Saxlanılanlarla bağlı araşdırmalar aparılır. Yeni həbslərin olacağı istisna deyil.