Ukrayna prezidenti Vladimir Zelenski Rusiya əleyhinə sanksiyalar barədə danışıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Zelenski sözügedən sanksiyaları dəstəklədiyini açıqlayıb.

"Biz Donbasda hibrid müharibə ilə qarşı-qarşıyayıq. Bu, təkcə Ukraynaya qarşı savaş deyil. Bu, sivilizasiyaya qarşı müharibədir", - deyə Ukrayna prezidenti bəyan edib.

Qeyd edək ki, Avropa İttifaqı 2014-cü ildə Krımın ilhaqına və Donbasdakı fəaliyyətinə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların müddətini uzadıb.