Baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifətçilər sabah 18: 30-da Qaregin Njdeh meydanına toplaşaraq məşəllərlə Yerablur hərbi panteonuna doğru hərəkət edəcəklər.
Unikal.org Sputnik Ermənistan-a istinadən xəbər verir ki, bu barədə "Daşnaksütyun" partiyasının nümayəndəsi Qeqam Manukyan bugünki mitinqdə elan edib. Manukyan vətəndaşları onlara qoşulmağa və xainin istefasını tələb etməyə çağırıb.
Bundan əlavə, müxalifət dekabrın 22-də saat 12: 00-da paytaxtda yerləşən Respublika meydanında mitinq keçirməyi planlaşdırır.
Xatırladaq ki, müxalifət baş nazir Nikol Paşinyanı Qarabağda erməni maraqlarına xəyanət etməkdə günahlandıraraq 10 noyabrdan bəri istefasını tələb edir.