Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkda yerləşən mərkəzi ofisi bir gün öncə yağan güclü qar səbəbindən bağlanıb.

Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin əməkdaşlarına ünvanlanan xəbərdarlığında bildirilib.

Bu səbəbdən BMT Baş Məclisinin Beynəlxalq Cinayət Məhkəməsinin işi ilə bağlı nəzərdə tutulan plenar iclası ləğv edilib.

Daha əvvəl Nyu-York şəhər rəhbərliyi mövcud hava şəraiti ilə əlaqədar şəhər məktəblərində əyani təhsilin müvəqqəti ləğv ediləcəyini söyləmişdi.

Qeyd edək ki, ABŞ Meteoroloji Xidməti ölkənin şərq sahillərində iki gün ərzində qarlı havanın davam edəcəyi, yolların buz bağlayacağı barədə xəbərdarlıq edib.