Afrikada COVID-19 virusundan həyatını itirənlərin sayı 58 minə çatır.

Unikal.org "Worldometers"ə istinadən xəbər verir ki, son 24 saatda 20 279 yeni yoluxma qeydə alınıb. Qitədə sutka ərzində 383 nəfər də koronavirusdan dünyasını dəyişib. Bununla da Afrika qitəsində ümumi yoluxma sayı 2 milyon 646 min 185, ümumin ölüm sayı isə 57 910 təşkil edib.

Ən çox yoluxma CAR, Misir və Mərakeşdə qeydə alınıb.