ABŞ-ın şimal-şərqinə güclü qar yağıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hökumət nümayəndələri 50 milyon əhaliyə çağırış edərək evdən çölə çıxmamalarını tövsiyə edib.
Belə ki, güclü qar yollarda buza səbəb olduğundan regionda, o cümlədən Nyu York və Nyu Cersidə yüzlərlə avtomobil qəzaları qeydə alınıb. Hətta 2 nəfərin qəzada öldüyü də deyilir. Bəzi ərazilərdə isə elektrik enerjisinin verilişində problem yaranıb.
14 ştatda 1,5 min aviareys təxirə salınıb, qatarların hərəkəti dayandırlıb. Məktəblərdə tədris isə onlayn rejimə keçirilib.