ABŞ-ın transmilli şirkətlərindən biri olan "Coca-Cola" şirkəti 2 200 əməkdaşını ixtisar edəcəyini açıqlayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ixtisarların 1 200-ü ABŞ-da gerçəklşdiriləcək. Digər 1 000 əməkdaşın isə dünyanın müxtəlif yerlərindəki zavodlarda işdən çıxarılacağı bildirilib.
86 000-dən çox işçisi olan qlobal şirkət işçilərin sayını ümumilikdə 12 faizə yaxın azaltmağı düşünür. Səbəb kimi pandemiya birbaşa olaraq göstərilməsə də, onun strukturlarda yeni qurulma işləri aparmaq üçün əsas olduğu söylənilir.