Rusiya Federal Təhlükəsizlik Xidmətinin ("FSB") rəhbəri Aleksandr Bortnikov Ermənistana gedib.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Bortnikov erməni həmkarı ilə görüşəcək.
"Hraparak" nəşri isə A.Bortnikovun Ermənistan baş naziri Nikol Paşinyanla da görüşəcəyi barədə qeyri-rəsmi məlumat əldə etdiyini bildirib. Qəzet iddia edir ki, Rusiya xüsusi xidmət orqanının başçısı Paşinyanla Azərbaycan-Ermənistan dövlət sərhədlərinin demarkasiya-delimitasiyası prosesinini müzakirə edəcək.