Vəzifəsini yeni seçilmiş prezident Maya Sanduya təhvil verməyə hazırlaşan hazırki Moldova prezidenti İqor Dodon aksiyaları kobud şəkildə dağıdan polislərə haqq qazandırıb.
Unikal.org Moldova KİV-ə istinadən xəbər verir ki, fəaliyyətdə olan prezidentin bu addımı böyük narazılıq doğurub. İqor Dodon həmçinin polislərin əməllərini pisləyən Maya Sandunu buna görə ittiham edib. Dodon qeyd edib ki, Sandu bir müddət sonra prezident fəaliyyətinə başlayanda bu polislər onu da qoruyacaq.
Qeyd edək ki, paytaxt Kişinyovda keçirilən etiraz aksiyaları zamanı polislər etirazçılarla xüsusi kobudluqla davranmışdı. Seçilmiş prezident Maya Sandu isə onların hərəkətlərini qanunsuzluq adlandırmışdı.