Ermənistanın baş naziri Nikol Paşinyan Müstəqil Dövlətlər Birliyi (MDB) dövlət başçılarının sammitinə qatılmayacaq.
Unikal.org xəbər verir ki, bu barədə "RİA Novosti"yə Ermənistan baş nazirinin mətbuat xidmətindən məlumat veriblər. Nikol Paşinyanın sözügedən sammitdə iştirak etməməsinin səbəbi onun atası Vova Paşinyanın ölümü ilə bağlıdır.
Belə anlaşılır ki, Nikol Paşinyan pandemiya dövründə atasının yas mərasimini əsas gətirərək sammitdə iştirakdan imtina edib.