Rusiyada son sutka ərzində daha 28 552 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Unikal.org xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların 2 791 220 nəfərə çatıb. Son sutka ərzində 611 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 49 762 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.